AZ

ETSN bu dəfə Müşfiqabadda ağacəkmə aksiyası keçirdi - FOTOLAR

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə mayın 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, Müşfiqabad qəsəbəsində təşkil olunan  aksiyada ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, həmçinin hər iki qurumun nümayəndələri və ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Seçilən
0
50
unikal.az

10Mənbələr