AZ

Hindistan və Pakistan arasında nüvə müharibəsi olacaq? - Politoloq

"İki ölkənin hərbi əməliyyatları fonunda Hindistan və Pakistan arasında nüvə müharibəsi olmayacaq".

HİT.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (İMEMO) Hind Okeanı Regionu Mərkəzinin əməkdaşı Qleb Makareviç lenta.ru ilə söhbətində deyib.

Onun fikrincə, iki ölkə uzun müddətdir "poker oynayır":

"Nüvə müharibəsi və genişmiqyaslı müharibə olmayacaq. Tərəflər çoxdan bu "poker"i oynayırlar və qırmızı xətlərini bilirlər".

Makareviç Pakistandan gələcək addımları istisna etməyib, lakin onun fikrincə, birbaşa hərbi əməliyyatlar gözləmək lazım deyil.

Mayın 6-da Hindistan, Yeni Dehlinin “terrorçu” adlandırdığı Pakistanda infrastruktura qarşı Sindoor əməliyyatına başlayıb. Pakistan Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr yalnız mülki hədəflərə endirilib. Bundan sonra İslamabaddan cavab əməliyyatı başlayıb. Mayın 7-də Pakistanın müdafiə naziri bildirib ki, Nyu Dehli geri çəkilsə, ölkə gərginliyi artırmayacaq.

Samir
 

Seçilən
0
hit.az

1Mənbələr