AZ

İrakli Kobaxidze: Radikallar siyasətdən uzaqlaşdırıldıqdan sonra Gürcüstan cəmiyyəti birləşəcək

Radikallar siyasətdən uzaqlaşdırıldıqdan sonra Gürcüstan cəmiyyəti birləşəcək.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, bunu ölkənin Baş naziri və “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib.

Baş nazir bildirib ki, radikal qruplar Gürcüstanın siyasi həyatından uzaqlaşdırıldıqdan sonra ölkə daxilindəki nifrət və bölünmə meyilləri də aradan qalxacaq.

“Bu çox yaxın zamanda baş verəcək. Biz mütləq nifrətə qalib gələcəyik, itirilmiş həmvətənlərimizi geri qaytaracağıq və gürcü cəmiyyətini birləşdirəcəyik. Bu, bizim milli vəzifəmizdir”, – deyə baş nazir vurğulayıb.

Kobaxidze qeyd edib ki, kənardan gürcülərin bir-birinə və dövlət institutlarına qarşı nifrətə təşviq olunması cəhdləri var və bu, ölkənin əsas dəyərlərinə qarşı yönəlib.

“Biz heç kimin gürcü cəmiyyətini nifrətlə parçalamasına imkan verməyəcəyik. Cəmiyyəti məhəbbətlə birləşdirəcəyik. Birləşmə həm də Gürcüstanın ərazi bütövlüyünün bərpasıdır – Abxaziya və Cənubi Osetiyanın sülh yolu ilə vahid gürcü dövlətinə qayıtmasıdır. Sevgi nifrətə, xeyir pisliyə, həqiqət isə yalana qalib gələcək”, – deyə Kobaxidze çıxışında bildirib.

Seçilən
0
2
report.az

3Mənbələr