«Neftçi»nin baş məşqçisi Samir Abasov menecerlərə yeni təlimat verib.
Gələn mövsümü də «ağ-qaralar»ın sükanı arxasında keçirəcəyi bəlli olan mütəxəssis qapı mövqşeyinə legioner namizədlərin siyahısının tezliklə hazırlanmasını istəyib.
Təcrübəli mütəxəssis «çərçivə»ni əcnəbiyə tapşırmaq niyyətindədir.
Ötən ilin oktyabrında «Sumqayıt»dan bura qayıtmış çalışdırıcının hazırda sərəncamında 3 yerli kiper var.
Onlardan Rustam Samiqullin «Sabah»dan icarəyə götürülüb və özünü doğrultmayıb. Daim ehtiyatda qalır.
Müqaviləsi iyunda bitəcək Emil Balayev isə nadir hallarda forma şansı qazanır.
Rza Cəfərova gəlincə, ona Polşadan təklif gəlib. «Rakuv» Bakı klubunda kapitan sarğısını daşıyan 2003-cü il təvəllüdlü «əlcək sahib»ini sıralarına qatmağa israrlıdır.
SPORTİNFO.AZ