Ermənistana sığınmış separatçılar arasında daha bir mərəkə baş qaldırıb.
Tribunainfo.az xəbər verir ki, onların bir çoxu hazırda separatçılara rəhbərlik edən şəxsləri ittiham etməyə başlayıblar.
Bir qədər əvvəl Artak Beqlaryanı Qarabağda talançılıqda ittiham edən tərəfdarları, indi də Vitali Balasanyan, Samvel Şahramanyan və digərlərini hədəfə alıblar. Separatçı Nahapet Sarkisyan bildirib ki, Balasanyan, Şahramanyan və digərləri Qarabağda talançılıqla məşğul olublar. Onun sözlərinə görə, bu gün onların özlərini “qəhrəman” kimi təqdim etmələri Qarabağdan köçmüş ermənilərə təhqirdir. “Biz onların korrupsiya əməlləri və talançılıq fəaliyyəti ilə araşdırma aparacağıq”.
Fərda Uğur