AZ

İran XİN Trampın Fars körfəzini adlandırmaq planına sərt reaksiya verdi – ÖZƏL

ABŞ Prezidenti Donald Trampın Fars körfəzinin adını "Ərəb körfəzi" olaraq dəyişmək planı İran tərəfindən düşmənçilik addımı kimi qiymətləndirilib. 

Olaylar.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə X-də açıqlama verib.

Medianın yaydığı məlumata görə, Tramp gələn həftə Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ-nin Fars körfəzini rəsmi olaraq "Ərəb körfəzi" adlandıracağını bəyan etməyi planlaşdırır.

Əraqçi bu təşəbbüsü siyasi motivli və Tehrana qarşı düşmən addım kimi dəyərləndirib: "Bu istiqamətdə atılan hər hansı uzaqgörənlikdən uzaq addım nə hüquqi, nə də legitim sayılacaq və coğrafiyanı dəyişməyəcək, yalnız bütün iranlıların qəzəbinə səbəb olacaq."

Nazir əlavə edib ki, bu iddiaların "əbədi müharibə tərəfdarları" tərəfindən aparılan dezinformasiya kampaniyasının bir hissəsi ola biləcəyinə ümid edir və bunun sadəcə iranlıları qəzəbləndirmək məqsədi daşıdığını bildirib.

Xatırladaq ki, yanvar ayının sonunda Tramp Meksika körfəzini "Amerika körfəzi", Alyaskadakı Denali zirvəsini isə "Mak-Kinli" olaraq yenidən adlandırmışdı. Bu dəyişikliklər artıq Google Maps-də də əks olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr