Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə "El Pəhləvanları İctimai Birliyi" və SƏS Media Qrupun təşkilatçılığı ilə açıq havada tədbir keçirilir. SİA xəbər verir ki, tədbir Suraxanı rayon İcra Hakimiyyətinin ərazisində keçirilir. Tədbirdə Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı çıxış edərək Ulu Öndərin doğum gününün silsilə tədbirlərlə davam etdiyini bildirib.
"El Pəhləvanları İctimai Birliyi"nin başçısı Nurəddin Beyləqanlı çıxış edərək SƏS Media Qrupuna və İcra Hakimiyyətinə təşəkkürünü bildirib.