"Atletiko Madrid" İngiltərə Premyer Liqasından forvardı transfer edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" "Fichajes"ə istinadən xəbər verir ki, "Atletiko" diqqətini "Kristal Pelas"dan Jan-Philippe Matete yönəldib.
Fransız futbolçu Premyer Liqadakı çıxışı ilə Madrid klubunun diqqətini çəkib.
Klub hesab edir ki, onun fiziki gücü və qol vurmaq instinktləri Dieqo Simeonenin tələbləri üçün idealdır.
Mateta bu mövsüm "Kristal Pelas"ın heyətində 42 matçda 17 qol vurub və 4 məhsuldar ötürmə edib.