“Qarabağ” üçün 1-ci, yoxsa 2-ci təsnifat mərhələsindən başlamağın daha münasib olduğunu Vaqif Sadıqovdan soruşduq:
“1-ci təsnifatdan başlaması daha yaxşıdı. Ötən mövsümlərə baxsaq, oyundan-oyuna dinamikanı artıran çempionumuzu görürdük. İstərdim ki, 1-ci təsnifatdan başlasınlar. Rəqiblər də münasib olacaq. İstənilən futbolçuları yoxlamaq da olar. Son mövsümdə çətinlik çəksələr də, ən azı yeni formatda təcrübə qazandılar.Qarşıdakı mövsümdə də yeni formatda təcrübəli olan “Qarabağ” görəcəyik”.
MÜZƏFFƏR QULUZADƏ