AZ

Vuçiç fikrindən dönmür – Moskva paradında iştirak edəcək

Serbiya Prezidenti Aleksandar Vuçiç bu gün səhər Belqradda Rusiya Federasiyasının səfiri Aleksandr Boçan-Xarçenko ilə keçirdiyi görüşdən dərhal sonra Moskvaya yola düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Serbiya portalı Informer məlumat yayıb.
 

Məlumata görə, Serbiya lideri 9 May – Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə keçiriləcək hərbi paradda iştirak etmək üçün Rusiyanın paytaxtına gedir. Vuçiçin Moskvada həm də Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü gözlənilir.


Qeyd edək ki, səfər ətrafında siyasi gərginlik də müşahidə olunur. Belə ki, Latviya və Litva Vuçiçin təyyarəsinin öz hava məkanlarından keçməsinə etirazlarını bildiriblər. Baltik ölkələrinin bu addımı Vuçiçin Moskvaya səfərinə dolayı maneə kimi qiymətləndirilir.

Avropa İttifaqının bəzi nümayəndələri isə Serbiya prezidentinə təzyiq göstərərək, əgər o Qələbə Paradında iştirak edərsə, sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdilər. Lakin Aleksandar Vuçiç bu təhdidlərə açıq cavab verib:

“Moskva paradında iştirak planımı heç kim dəyişdirə bilməz. Təhdidlər məni qərarımdan döndərə bilməz.”

Vuçiçin bu mövqeyi onun Rusiya ilə münasibətlərə sadiqliyinin, eyni zamanda qərbdən gələn təzyiqlərə qarşı milli maraqları üstün tutduğunun göstəricisi kimi dəyərləndirilir.

Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr