Milli Depozit Mərkəzinin icarəyə və ya lizinq xidmətinə lisenziya verən kompüter proqram təminatı və əməkdaşlar üçün təlimlərin keçirilməsi, sertifikatların alınması xidmətləri ilə əlaqədar elan etdiyi tenderlər ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Qeyd olunub ki, satınalmalarda iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderlərin ümumi dəyəri 46 431 AZN olub.
Cabir
Tarix: 7 May 2025, 14:48