BAKI, 7 may. TELEQRAF
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni konstitusiya layihəsinin mətninin işlənmə mərhələsində olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.
Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın yeni konstitusiyadan çıxarılması məsələsinə gəlincə, o qeyd edib ki, mətnin hazır hissəsini yaxın vaxtlarda Konstitusiya Şurasının üzvləri ilə müzakirə edəcəklər.