AZ

Politoloq: Merzin dönəmində Avropa İttifaqı lideri olan Almaniyanı görə biləcəyik

Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz Almaniyanın yeni, 10-cu kansleri kimi Bundestaqda and içib.
Bu barədə BBC məlumat yayıb.
Qeyd edək ki, bu gün Almaniya parlamenti səsvermənin ikinci turunda F.Merzi kansler seçib.
Merz Bundestaqda tələb olunan 316 səsdən 325-ni toplayıb.

Politoloq Oqtay Qasımov Sherg.az-a söyləyib ki, Fridrix Merz özündən əvvəlki kanslerdən fərqli olaraq daha sərt xarici siyasət kursu həyata keçirəcək:

"Nəzərə alsaq ki, artıq dünyada, xüsusilə Avropada ciddi dəyişikliklər baş verməkdədir. Rusiya-Ukrayna müharibəsi də məhz Avropa siyasətində geniş yeniliklərə səbəb oldu. Həmçinin Almaniya bu münaqişə sayəsində özünün hərbi potensialını artırmaq üçün islahatlar aparır və maliyyə ayırır. Şolts dönəmindəki nisbətən passiv Almaniyanın daha aktiv fəaliyyəti nəzərə çarpacaq. Bu mənada xarici siyasətdə Fransanın əlaltısı olan yox, Avropa İttifaqı lideri olan Almaniyanı görə biləcəyik. Digər tərəfdən Merzin Rusiya-Ukrayna müharibəsinə münasibəti də öncəki hökumətlərdən seçilərək daha sərt mövqedən çıxış edir".

Politoloq əlavə edib ki, Merzin ölkə daxilindəki bir çox sosial-iqtisadi problemlərin həlli ilə bağlı hökumətin daha ciddi addımlar atacağının şahidi olacağıq:
"Merzin kansler seçilməsi birbaşa reallaşmadı. Yəni birinci dəfə nəticə əldə edilmədiyi üçün ikinci tura ehtiyac yarandı. Buna görə də Merz parlamentdə durumunun kövrək olduğunu anlayır. O, elə siyasət yürütməyə çalışacaq ki, şəxsi reytinqi yüksəlsin. Üstəlik, Merzin ABŞ ilə münasibətləri Şoltsa nəzərən daha yaxşıdır. Bu, Almaniya üçün yeni dividentlər qazandıracaq".
Seçilən
0
sherg.az

1Mənbələr