AZ

Pakistan: Hindistan geri çəkilsə, gərginliyi aradan qaldırmağa hazırıq- ÖZƏL

Pakistan Hindistanla gərginliyi azaltmağa hazır olduğunu bildirib. Olaylar.az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavadja Asıf "Bloomberg" agentliyinə verdiyi müsahibədə danışıb.
"Son iki həftə ərzində dəfələrlə bəyan etmişik ki, Hindistana qarşı düşmənçilik etmək niyyətində deyilik. Ancaq bizə hücum olunsa, cavab verəcəyik. Əgər Hindistan geri çəkilsə, bu gərginliyi dayandıracağıq", - deyə nazir bildirib.
"Bloomberg"in sülh danışıqları ilə bağlı sualına cavab olaraq Asıf hazırda Hindistanla mümkün danışıqlar üçün heç bir imkanın olmadığını vurğulayıb.
Eyni zamanda, Pakistanın Milli Müdafiə Şurası fövqəladə iclas keçirərək Hindistanın ölkə ərazisinə endirdiyi hava zərbələrini "müharibə aktı" adlandırıb. "Hindistan ordusunun günahsız qadınlar və uşaqlar da daxil olmaqla dinc sakinlərə qəsdən hücumu beynəlxalq hüquq normalarını pozan cinayət və müharibə aktıdır", - deyə şuranın bəyanatında qeyd olunub.
Məlumata görə, 7 may gecəsi Hindistan silahlı qüvvələri "SİNDUR" əməliyyatı çərçivəsində Pakistan və onun nəzarətində olan Kəşmir ərazilərində yerləşən terrorçu hədəflərə zərbələr endirib. NDTV kanalının mənbələrinə görə, əməliyyat zamanı 70-dən çox terrorçu məhv edilib, 60-dan çoxu yaralanıb. Pakistan Silahlı Qüvvələrinin məlumatına əsasən, hücum nəticəsində 26 nəfər həlak olub, 46 nəfər yaralanıb.
Pakistan cavab tədbiri olaraq hava məkanını 48 saatlıq bağlayıb və qarşı hücumlar həyata keçirib. Reuters agentliyi bildirir ki, bu zərbələr nəticəsində Hindistanın Cammu və Kəşmir bölgəsində 10 nəfər ölüb, 48 nəfər isə yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr