AZ

Rısmi Ankara: "Pakistana hücum qəbuledilməzdir, Hindistanın məsuliyyətsiz..."

"Hindistanın hücumu məsuliyyətsiz, gərginliyi artıran təxribatçı bir hücumdur".

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik Hindistanın Pakistanı bombalamasına münasibətdə deyib.

O bildirib ki, Hindistanın Pakistana raket və döyüş təyyarələri ilə hücumu qəbulolunmaz aktdır: "Bu hücumu qətiyyətlə pisləyir və rədd edirik. Hindistan tərəfi bunu əvvəlki terror hücumlarına cavab olaraq ifadə edir. Lakin bildiyiniz kimi, Pakistan tərəfi terrorizmi araşdırmaq üçün hərtərəfli komissiyanın yaradılması və təhqiqatını tələb etmişdi. Bu, düzgün qərar idi. Bunu etmək əvəzinə Hindistanın Pakistana raket və döyüş təyyarələri ilə mülki hədəfləri, mülki əraziləri, strukturları və insanları vurması tamamilə qəbuledilməzdir".

Sözçü qeyd edib ki, gərginliyin daha da artmasının qarşısını almaq üçün lazımi addımlar atılmalıdır: "Hindistanın buradakı hücumu gərginliyi artıran məsuliyyətsiz, təxribatçı bir hücumdur. Ümid edirik ki, bundan sonra bölgədə müharibəyə səbəb olacaq mənzərə ortaya çıxmayacaq".

Firudin Səfərli
MİA.AZ

Seçilən
0
1
mia.az

2Mənbələr