Bakı, 7 may, AZƏRTAC
Avropa İttifaqı 2022-ci ildən bəri Ukraynaya 147 milyard avro maliyyə yardığımı ayırıb.
AZƏRTAC xəbər verir ki, bunu Polşanın Avropa İttifaqı işləri üzrə naziri Adam Şlapka Avropa Parlamentindəki debatda çıxışı zamanı deyib. Onun sözlərinə görə, müharibə başlayandan bəri təkcə Kiyevə edilən hərbi yardım 50,3 milyard avro təşkil edib. Bundan əlavə, ittifaq ölkələri 73 min ukraynalı hərbçiyə təlim keçib.
Nazir, həmçinin Polşanın Avropa İttifaqında sədrliyinin başa çatdığı 2025-ci il iyunun sonunadək Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiq edəcəklərinə ümidini ifadə edib.
Bir müddət öncə, İspaniya Rusiyanın dondurulan aktivlərinin Avropanın müdafiəsi və Ukraynaya dəstək üçün istifadə edilməsinə imkan verən xüsusi fondun yaradılması üçün çağırış edib.
Avropa İttifaqı isə artıq Macarıstanın vetosundan yan keçərək Ukraynanı maliyyələşdirməyin yolunu tapıb. Brüssel bu məqsədlə Kiyevə dəstək üçün 20-40 milyard avroluq könüllü yardım fondu yaradacaq. Maliyyələşdirmə üçün prioritet sahələrə iri çaplı artilleriya mərmiləri, hava hücumundan müdafiə sistemləri, raketlər, PUA-lar, döyüş təyyarələri, həmçinin avadanlıqların texniki xidməti və sair daxildir.