"Nvidia" şirkətinin baş direktoru Censen Huanq güclü süni intellekt çiplərinin Çin kimi ölkələrə ixracına tətbiq olunan məhdudiyyətlərin vacibliyini vurğulayıb.
Valyuta.az xəbər verir ki, şirkət rəhbəri bu barədə iştirak etdiyi konfransda çıxışı zamanı danışıb.
"Amerika standartını dünya standartına çevirmək yaxşı olardı", deyə Censen Huanq bildirib.
Çinə çip ixracının məhdudlaşdırıldığını xatırladan Huanq deyib: "Geridə qoyduğumuz bazar son dərəcə nəhəngdir".
O, çip ixracının ABŞ-a dollar şəklində geri dönəcəyini və bu prosesin ölkədə məşğulluğun artırılmasına kömək edəcəyini də bildirib.
Paşa Məmmədli