ABŞ prezidenti Donald Tramp gələn həftə Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ-ın Fars körfəzini Ərəb körfəzi adlandıracağını bəyan etməyi planlaşdırır. Bu barədə “Associated Press”-ə iki ABŞ rəsmisi məlumat verib.
Fars körfəzi 16-cı əsrdən bəri bu adla məşhurdur, lakin bir çox Yaxın Şərq ölkələrində Ərəb körfəzi adlanır.
ABŞ-da “Google Maps”-də Körfəz Fars (Ərəb) Körfəzi kimi qeyd olunur. “Apple Maps”-də sadəcə Fars körfəzi kimi qeyd olunur. ABŞ ordusu daha əvvəl bir neçə dəfə bəyanatlarında Ərəbistan Körfəzi adından istifadə edib.
Bir neçə ay əvvəl Tramp Meksika körfəzinin adını Amerika Körfəzi adlandırmaq qərarını açıqlamışdı.
Almaz Həsənli