2025-ci il mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü və Azercell-in eksklüziv
tərəfdaşlığı ilə paytaxtın ənənəvi kütləvi idman tədbiri olan “Bakı Marafonu” uğurla baş
tutdu. Builki marafon da müxtəlif yaş qruplarından olan minlərlə insanı bir araya gətirərək
sağlam həyat tərzi ətrafında birləşdirdi.
“Küləyə qalib gəl" şüarı altında təşkil olunan qaçış üçün təxminən 28 000 nəfər müraciət
etmişdi. Yarış iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək 21 kilometrlik dairəvi
marşrut üzrə mübarizəyə qoşuldular. Lider mobil operatorun dəstəyilə keçirilən marafonda
artıq bir neçə ildir ki, atletlərin nişan nömrələrinə xüsusi rəqəmsal xronometrlər
(timekeeper) yerləşdirilir. Bu elekton cihaz nəticələrin real zaman rejimində qeydə
alınmasını və maksimal dəqiqliyini təmin edir.
Kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin oldu. Ukraynalı Vitali Şafar finiş xəttini
ikinci, Türkiyənin digər təmsilçisi Murat Emekdar isə üçüncü keçdi. Qadınların
mübarizəsində isə ukraynalı Natalya Semenoviç birinciliyə nail oldu. Azərbaycanlı Anna
Yusupova yarışı ikinci, Yaponiyadan olan atlet Eriko Soma isə üçüncü pillədə tamamladılar.
Azercell Telekom qalibləri xüsusi hədiyyələrlə mükafatlandırdı. Mobil operator ənənəyə
sadiq qalaraq tədbirin fərqlənmiş tələbə iştirakçılarını da diqqət mərkəzində saxladı.
“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək
üçün rəsmi Azercell səhifəsinə daxil olun.