BAKI, 7 may. TELEQRAF
Pakistan ordusunun zabiti polkovnik-leytenant Zahir Abbasın 7 yaşlı oğlu Ərzi Abbas Hindistanın hücumu zamanı həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan KİV məlumat yayıb.
Xatırladaq ki, mayın 6-dan 7-nə keçən gecə Hindistan Pakistanın Azad Cammu və Kəşmir bölgələrində zərbələr endirib. Nəticədə 26 mülki şəxs həlak olub, 46 nəfər yaralanıb.