İraq və Azərbaycan arasındakı münasibətlər yeni deyil, sovet dövrünə qədər uzanır.
"Report"un məlumatına görə, bu barədə İraqda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bu ölkənin XİN rəhbəri Fuad Hüseyn bildirib.
O qeyd edib ki, coğrafi olaraq Azərbaycan İraqa yaxındır, eyni regionda, eyni mədəni və dini müstəvidə yerləşir ki, bu da onları möhkəm edir.