AZ

Rusiyada 3 gün mobil internet işləməyəcək – Kreml səbəbini açıqladı

Rusiya Federasiyasında mobil internetin fəaliyyətində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Bu tədbirlər 10 may tarixinə qədər qüvvədə olacaq.

Bizim.Media xəbər verir ki, məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlər üçün keçirdiyi brifinqdə təsdiqləyib.
 

Peskovun sözlərinə görə, bu qərarın əsas səbəbi budur ki, Rusiya təhlükəli dövlətlərlərlə qonşudur və 9 May – Qələbə Günü tədbirləri çərçivəsində Moskvada xarici qonaqlar olacaq.


“Bəzi təhlükələri nəzərə almaq məcburiyyətindəyik. Buna görə də, bu bayram günlərində – xüsusilə də xarici nümayəndə heyətləri Moskvada olarkən, yəni 10 may da daxil olmaqla, mobil internetin fəaliyyətində müvəqqəti məhdudiyyətlərə hazır olmaq lazımdır”, – deyə Kremlin rəsmi nümayəndəsi bildirib.

Bu açıqlama Rusiyada təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə qaldırıldığını göstərir.

Qələbə paradı və ona paralel keçirilən rəsmi görüşlər zamanı kiberhücum riskinin qarşısını almaq, əlaqə sistemlərini nəzarətdə saxlamaq məqsədilə belə bir addım atıldığı bildirilir.

“Mobil internetin müvəqqəti məhdudlaşdırılması vətəndaşlar və turistlər üçün narahatlıq yaratsa da, təhlükəsizlik prioritetdir”, Kreml bu mövqedə israrlıdır.

Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr