İntensiv göz təması və birgə vaxt keçirməyə can atmaq kişi və qadının bir-birinə olan romantik marağının ən geniş yayılmış əlamətlərindən hesab olunur.
Amma mütəxəsislər bildirir ki, romantik hisslər hər zaman bu şəkildə özünü göstərməyə də bilər.
Sfera.az “NTV”yə istinadən xəbər verir ki, ruh sağlamlığı üzrə mütəxəssis Hannah Ovensa görə, bəyənmə hissi bəzən gərgin davranışlarla da özünü göstərir.
“Qarşı tərəfin də eyni hissləri bəsləyib-bəsləmədiyini bilməmək insanda stress yarada bilər”, – deyə Ovens qeyd edib.
Klinik psixoloq Sabrina Romanoff isə hesab edir ki, insanın ətrafındakı bir əşya ilə oynaması da daxili gərginliyi azaltma üsulu ola bilər. Onun sözlərinə görə, romantik marağın digər əlamətləri bunlardır:
• Üzün qızarması və ya tərləmə
• Söz tapmaqda çətinlik çəkmək
• Gərgin və süni gülümsəmək
• Göz təmasından yayınmaq və ya əksinə, davamlı göz təması qurmaq
• Saç və ya geyimlə tez-tez məşğul olmaq
• Adi haldan daha çox danışmaq və ya tamamilə susmaq.
Romanoff bildirib ki, əgər bir insan ümumiyyətlə özünü rahat hiss edir, amma sizin yanınızda narahat və gərgin davranırsa, bu sizdən xoşlandığına işarə ola bilər. Lakin psixoloq xəbərdarlıq edir ki, hər gərgin davranışın səbəbi romantik maraq deyil.
Onun sözlərinə görə, zərərli iş mühiti, ailə problemləri və ya ümumi narahatlıq meyilli xarakter də bir şəxsin stresli görünməsinə səbəb ola bilər.
Bəsti Rəfizadə
Sfera.az