AZ

İsrail Azərbaycandan metanol alışını 2 dəfədən çox azaldıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İsrailə 10,3 minton metanol ixrac edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda metanol ixracından əldə olunan gəlir3,4 milyon ABŞ dolları təşkil edib.

İsrailə metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədəmiqdar ifadəsi ilə 12,4 min ton və ya 2,2 dəfə, dəyər ifadəsi ilə931 min ABŞ dolları, yaxud da 21,7% azalıb. Belə ki, 2024-cü ilinilk iki ayında Azərbaycandan İsrailə 22,7 min ton miqdarında, 4,3milyon ABŞ dolları dəyərində metanol ixrac edilmişdi.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan xaricə 61,9 min tonmiqdarında, 19,8 milyon ABŞ dolları dəyərində metanol ixrac edilib.Metanol alan ölkələrin sırasında Türkiyə, İsrail və Sloveniya önsıralarda dayanıb.

Seçilən
0
az.trend.az

1Mənbələr