Bakı, 7 may, AZƏRTAC
Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası iki legioner oyunçusu ilə müqaviləni yeniləyib.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, “dəmiryolçular” rusiyalı Sergey Platanenkov və iranlı Məhəmmədhüseyn Çarklui ilə sözləşmənin müddətini uzadıb. Həmin voleybolçular daha bir il Bakı klubunda çıxış edəcəklər.
Hər iki oyunçu 2023-cü ildən “Azərreyl”in formasını geyinir.
Qeyd edək ki, Yüksək Liqanın son qalibi “Azərreyl” daha əvvəl baş məşqçisi Boris Qrebennikov ilə yeni müqavilə imzalayıb.