AZ

Pakistan hökuməti orduya geniş səlahiyyət verib

Pakistan

Pakistan hökuməti Hindistanın raket hücumlarından sonra Pakistan Silahlı Qüvvələrinə lazımi cavab səlahiyyəti verildiyini açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, Pakistanın baş naziri Şahbaz Şərifin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının keçirildiyi bildirilir.

Baş nazirin ofisi Hindistanın Pakistana raket hücumları nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib, Hindistanın hücumlarını “qorxaq və qanunsuz” adlandırıb.

Açıqlamada Hindistanın hücumlarının məscidlər kimi mülki infrastrukturu “qəsdən hədəfə aldığı” qeyd edilib.

Bəyanatda bu hücumların beynəlxalq hüquqa əsasən “müharibə aktları” təşkil etdiyi, Pakistanın suverenliyi və ərazi bütövlüyünü pozduğu bildirilir.

Bəyanatda qeyd olunur ki, BMT Nizamnaməsinə uyğun olaraq, Pakistan özünümüdafiə üçün seçdiyi vaxtda və yerdə cavab vermək hüququna malikdir.

E. KAMAL
Seçilən
0
reyting.az

1Mənbələr