AZ

Rusiya ordusunun Kiyevə hücumu nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi hava zərbəsi nəticəsində 2 nəfəri ölüb, 7 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski yazılı açıqlamasında bildirib.

Rusiya ordusunun əvvəlcə ballistik raketlərlə, daha sonra PUA-larla hücum təşkil etdiyini bildirən Zelenski, hücum nəticəsində 2 nəfərin öldüyünü, 4-ü uşaq olmaqla 7 nəfərin yaralandığını qeyd edib.

Seçilən
0
operativmm.az

1Mənbələr