2021-ci ildə ABŞ-da yol qəzasında güllələnərək öldürülən Kris Pelki, süni intellektin köməyi ilə qətli ilə bağlı məhkəmədə müttəhimə “müraciət etdi”. Arizonada dünyasını dəyişən şəxsin bacısı süni intellektin köməyi ilə müttəhimlə “danışmaq” üçün Pelkinin videolarından istifadə edib.
“The Guardian” qəzetinin məlumatına görə, Pelki Arizonada keçirilən məhkəmə iclasında süni intellektlə hazırlanan videoda bunları deyib: “Məni vuran şəxs Qabriel Horcasitasa səslənirəm. Təəssüf ki, o gün həmin şəraitdə görüşdük. Başqa bir həyatda, yəqin ki, dost olardıq. Mən bağışlamağa və hər zaman bağışlayan Tanrıya inanıram”.
***
Müharibə qazısı olan 37 yaşlı Pelki, 2021-ci ildə avtomobili ilə qırmızı işıqda Horkasitas tərəfindən vurularaq öldürülüb. Pelki avtomobilindən düşüb Horcasitas'ın maşınına tərəf getmişdi, sonra Horkasitas tərəfindən vurularaq öldürüldü.
Ölümündən təxminən dörd il sonra süni intellektin köməyi ilə Pelkinin “danışıdırlması” mümkün olub. Pelkinin bacısı Steysi Uels yerli mediaya deyib ki, qardaşının qətlindən sonra bütün bunlara nə deyəcəyini düşünür.
Uels və həyat yoldaşı daha sonra Pelkinin videolarını və audio yazılarını süni intellekt modelinə daxil ediblər. Hakim Todd Lanq da süni intellektin bu şəkildə istifadəsinə müsbət cavab verib. Hökm iclasında Lanq müttəhimi qətlə görə 10 il 6 ay həbs cəzasına məhkum edib.
***
Hakim Lanq, “Mən bu süni intellekti sevdim. Nə qədər qəzəbli olsanız da, ailə nə qədər qəzəbli olsa da, haqlı olaraq bağışlanma eşitdim. Bunun real olduğunu hiss etdim”, – deyib.
Pelkinin qardaşı Con da süni intellekt videosuna istinad edərək, “Bu mənim tanıdığım oğlan idi”, – deyib.