"Fənərbağça"nın futbolçusu Brayt Osayi-Samuel "Qalatasaray"a önərilib.
Offsideplus.az xəbər verir ki, nigeriyalı futbolçunun "sarı-lacıvərdlilər"lə müqaviləsi cari mövsümün sonunda başa çatır. O, yayda azad agent kimi istədiyi kluba keçə bilər.
Lakin "Qalatasaray" bu təkliflə maraqlanmayıb.
Bu barədə Türkiyənin "HT" nəşri məlumat yayıb.
Osayi 2021-ci ilin yanvarından "Fənərbağça"da çıxış edir. Onun illik məvacib gözləntisi 2.7 milyon avrodur.