AZ

Gürcüstanın olimpiya mükafatçısı cəzalandırıldı

BAKI. 7 may. TELEQRAF

Gürcüstanın yunan-Roma güləşçisi Yakob Kacaya 2 il müddətinə cəzalandırılıb.

Teleqraf Beynəlxalq Dopinq-Test Agentliyinə (ITA) istinadən xəbər verir ki, səbəb idmançının üç dəfə yoxlanışı buraxmasıdır.

2003 - 2024-cü illəri əhatə edən12 ay müddətində dopinq zabitləri onu müvafiq prosedurlardan keçirməkdən ötrü tapa bilməyiblər. 2024-cü ilin mayında ITA İdman Arbitraj Məhkəməsinə müraciət edib. Ötən ay CAS antidopinq şöbəsi güləşçinin antidopinq qaydalarının pozmasına qərar verib.

Diskvalifikasiya müddəti 2027-ci il aprelin 3-də başa çatacaq. Gürcüstanlı idmançının 6 yanvar 2024-cü ildən sonra göstərdiyi bütün nəticələr ləğv olunacaq. Qərardan CAS-a şikayət oluna bilər.

Qeyd edək ki, Yakob Kacaya Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır. 31 yaşlı pəhləvan 2019 və 2021-ci il dünya çempionatlarında bürünc medal qazanıb. O, 130 kq çəki dərəcəsində çıxış edir.

Seçilən
0
teleqraf.com

1Mənbələr