AZ

Tramp: Rusiya barədə verilən bu qərara görə milyonlarla insan ölə bilər

BAKI, 7 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiyanın G8 (hazırda G7) ölkələri qrupundan çıxarılmasının səhv olduğunu bildirib.

Teleqraf xəbər verir ki, prezident Rusiyanın bu formata qayıtmasının tarixin gedişatını dəyişə biləcəyini iddia edib.

2014-cü ilə qədər G8 kimi mövcud olan G7 Krımın ilhaqından sonra Rusiyanı xaric edib. ABŞ-nin 2027-ci ildə sammitə ev sahibliyi edəcəyi zaman Rusiyanı yenidən qrupa qaytarmaq niyyətində olub-olmayacağı ilə bağlı suala Tramp cavab verib ki, Moskvanın çıxarılmasının təşəbbüskarları arasında o vaxtkı prezident Barak Obama da olub.

Onun sözlərinə görə, bu qərar axmaqlıq idi və ciddi nəticələrə səbəb ola bilər.

“Milyonlarla insan buna görə ölə bilər”, - Tramp Rusiyanın Ukraynaya təcavüzünə toxunaraq əlavə edib.

Bununla belə, Tramp bildirib ki, hazırda Rusiyanı G7-yə qaytarmağı məqsədəuyğun hesab etmir:

“Xeyr, indi bunun üçün yaxşı vaxt deyil”.

Seçilən
0
teleqraf.com

1Mənbələr