“Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidentliyə namizədi xanım Zou Jiayi ilə videokonfrans formatında görüşümüzdə AİİB-nin ölkəmizlə əməkdaşlığının əsas istiqamətləri, Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr barədə müzakirələr apardıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.