AZ

Fars körfəzini “Ərəb körfəzi” adlandıracaq

ABŞ prezidenti Donald Trampın Fars körfəzini “Ərəb körfəzi” və ya “Ərəbistan körfəzi” adlandıracağı bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

ABŞ administrasiyasında adı açıqlanmayan rəsmilərə əsaslanan xəbərə görə, Tramp gələn həftə Səudiyyə Ərəbistanına səfəri zamanı yeni açıqlama verəcək.

Buna uyğun olaraq Tramp beynəlxalq aləmdə Fars körfəzi kimi tanınan bölgəyə “Ərəb körfəzi” və ya “Ərəbistan körfəzi” adını verəcək.

Ağ Evin sözçüsü Karoline Leavitt Trampın 13-16 may tarixləri arasında Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyini açıqlayıb.

Seçilən
0
1
operativmm.az

2Mənbələr