AZ

Avropa İttifaqı Rusiyanın enerji resurslarına hər ay 1,8 milyard avro xərcləyir

Avropa İttifaqı Rusiyanın enerji resurslarına ayda 1,8 milyard avro xərcləyir və buna son qoyulmalıdır.

Xezerxeber.az xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bunu Strasburqda Avropa Parlamentinin sessiyasında çıxışı zamanı deyib. O, həmçinin Ukraynanı dəstəkləmək üçün Rusiya qazından imtina etməyin zəruri olduğunu vurğulayıb.

2021-ci ildə Avropa İttifaqının Rusiyanın enerji resurslarına ayda 13 milyard avro xərclədiyini xatırladan siyasətçi bundan sonra ittifaq ölkələrinin Rusiyadan neft və qaz tədarükünə qayıtmasına imkan verməyəcəklərini bildirib.

Qeyd edək ki, mayın 6-da Avropa Komissiyası 2027-ci ilin sonunadək Rusiyadan qaz və nüvə yanacağı tədarükünə tam qadağa qoyulması ilə bağlı ikinci planını təqdim edib.

Seçilən
0
2
xezerxeber.az

3Mənbələr