AZ

Baş nazir İrakli Kobaxidze Gürcüstanın hakim partiyasının sədri seçilib

Baş nazir İrakli Kobaxidze Gürcüstanın hakim "Gürcü arzusu" Partiyasının sədri seçilib.

APA "Sputnik-Georgia"ya istinadən xəbər verir ki, müvafiq qərar bu gün qəbul edilib.

O, 2021-2024-cü illərdə artıq bu vəzifəni tutub.

Qeyd edək ki, bu siyasi təşkilatın əvvəlki sədri İrakli Qaribaşvili aprelin 25-də siyasətdən və partiya rəhbərliyindən getdiyini açıqlayıb.

Baş
Seçilən
0
11
apa.az

10Mənbələr