BAKI, 7 may. TELEQRAF
Azərbaycan Dəmir Yolları QSC qarşıdan gələn Qurban bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir.
Qurumdan Teleqraf-a verilən məlumata görə, iyunun 6-sı, 7-si, 8-i və 9-u qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq.
Həmçinin qeyd edilib ki, sözügedən tarixlərdə qatarların Bakıdan Qəbələyə yola düşmə saatı 07:30-da, Qəbələdən Bakıya yola düşmə saatı isə 19:00-da təşkil ediləcək.