AZ

Pakistan Hindistanın daha bir dronunu vurdu: Cəbhədə gərginlik artır – VİDEO

Cənubi Asiyada vəziyyət yenidən gərginləşir. Pakistan Silahlı Qüvvələri Hindistana məxsus daha bir pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə Samaa.tv təhlükəsizlik dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
 

Məlumata görə, Hindistan ordusunun pilotsuz aparatı Sialkot yaxınlığında yerləşən Şakarqarh sektoruna daxil olmağa cəhd göstərib. Lakin Pakistanın sərhəd mühafizə qüvvələri və xüsusi təyinatlı dəstələri vaxtında müdaxilə edərək dronu vurub.


Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, bu hadisə Hindistanın ardıcıl şəkildə sərhədi pozması fonunda baş verib. Pakistan tərəfi isə bir daha göstərdi ki, qarşı tərəfdən gələn hər bir təxribat aktına qəti və adekvat cavab veriləcək.

"Pakistan Silahlı Qüvvələri düşmənin hər bir təcavüzünə layiqli cavab verməyə davam edir", — deyə təhlükəsizlik xidmətindəki mənbə bildirib.

Bu cür insidentlər iki nüvə silahlı qonşu ölkə arasında onsuz da kövrək olan münasibətləri daha da gərginləşdirə bilər.

Qeyd edək ki, Hindistan və Pakistan arasında Kəşmir bölgəsinə görə onilliklərdir davam edən mübahisə hər an açıq qarşıdurmaya çevrilə bilər.



Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr