BAKI, 7 may. TELEQRAF
Ağdam, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən “Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Ağdam şəhərinin 5-ci yaşayış massivində daha 2 məhəllə O-130 və O-123 üzrə binaların tikintisi üçün 22 milyon 682 min 803 manat xərcləyəcək.
Teleqraf xəbər verir ki, qurum binaların tikintisini icra edəcək podratçı axtarışındadır.
Qeyd edək ki, müvafiq işlər üzrə tender elan olunub, təkliflərin son təqdim olunma tarixi məhəllə O-130 üçün iyunun 11-i, O-123 üçün isə iyunun 27-dir.
Xatırladaq ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən “Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi daha əvvəl Ağdam şəhərinin 5-ci yaşayış massivində 6 məhəllə üzrə binaların tikintisi üçün toplam 67 milyon 129 min 795 manatlıq tenderlər elan etmişdi.