Abşeron rayonunda 12 yaşlı qıza qarşı əxlaqsız hərəkətlərdə ittiham olunan 1988-ci il təvəllüdlü ilahiyyatçı Salman Kamiloğlunun məhkəməsi başa çatıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Lənkəran şəhər sakini Salman (Hacı Salman kimi də tanınır-red.) 23 iyun 2024-cii ildə saat 19 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində on dörd yaşına çatmayan 2013-cü il təvəllüdlü Könülə (ad şərti verilib – red.) yaxınlaşaraq ondan adını soruşub.
Daha sonra azyaşlının yanaq nahiyəsindən öpüb, əlindən tutaraq yaxınlıqdakı daş hasarın yanına aparıb, orada onu qucaqlayıb, üzündən öpüb, sonra isə əlləri ilə sinə nahiyəsinə toxunub.
İstintaq orqanı tərəfindən Salmanın barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.
“Bu vaxta qədər pislik etməmişəm”
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Salman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, ifadəsində göstərib ki, hərəkətlərində anlaşılmazlıq olub: “Mən belə bir hərəkət etməmişəm. Heç kəsə bu vaxta qədər pislik eləməmişəm. Zərərçəkmiş şəxslə bağlı ekspert rəyindən də görünür ki, yanlış hərəkətim olmayıb.
Sadəcə mənə təzyiq elədilər. Bakı İstintaq Təcridxanasına gəldikdən xeyli müddət sonra mənə təzyiq olunması ilə bağlı araşdırma da başlandı. Könüllü olaraq ekspertizadan imtina etməli oldum. Günahım olmadığı halda həbsdəyəm. Məhkəmədən azadlığa buraxılmağımı xahiş edirəm”.
“Azyaşlının üzündən öpdüm”
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi açıqlanıb. İfadədən görünür ki, Salman Kamiloğlu 2024-cü il yanvar ayının ortalarında Həcc ziyarətində olub, bu günə kimi ailə həyatı qurmayıb:
“2024-cü ildə dostum Elnur məni Xırdalana, Gənclər şəhərciyində yaşadığı ünvana dəvət etdi. Mən də onun təklifi ilə razılaşdım. “Aykido” idmanı ilə məşğul olduğum üçün məşq prosesində qabırğamdan xəsarət almışdım. Qabırğamda küt ağrılar olduğu üçün ağrıkəsici dərman qəbul etmişəm.
Mobil telefonumda olan “Yango” programı ilə taksi sifariş verdim. Saat 15:30-da Yasamal rayonunda “Honda İnsayt” markalı avtomobilə əyləşərək Xırdalanda, dostum Elnurun yaşadığı evin yaxınlığında düşdüm. Taksidən düşdükdə küçədə tanımadığım azyaşlı bir oğlan və bir qız uşağının birlikdə oynadığını gördüm. Uşaqları ilk dəfə görürdüm.
Sarı rəngdə şortik və köynək geyinən balaca qız uşağı diqqətimi çəkdiyi üçün ona yaxınlaşıb oynamağa başladım. Sonra azyaşlının üzündən öpməyə başladım”.
“Mənə oxşadığını dedi”
Salman qeyd edib ki, həmin vaxt azyaşlıya qarşı hissləri ehtirası oyanmağa başlayıb: “Heç kes görməsin deyə onu yaşayış evinin divarının küncünə çəkdim. Əlimi sinə nahiyəsinəd gəzdirməyə başladım. Yerdə oturaraq onu qucaqladım, öpdüm, seksual xarakterli hərəkətlər etdim. Uşağın valideyini bizi gördü, yanımdan anası tərəfə getdi.
Adının bilmədiyim ana məni görsə də, bəlkə də qorxudan heç nə demədi. Sonra dostum Elnurun yaşadığı ünvana getdim. Bir qədər Elnurgildə oturduqdan sonra yaxınlıqda marketə getdim. Marketdə “Emanat” elektron ödəmə terminalı vasitəsi ilə “Misli.az” saytına pul yükləyərək çıxdım.
Marketdən çıxanda tanımadığım bir nəfər yaxınlaşaraq uşağa kiminsə sataşdığını və onun mənə oxşadığını dedi. Mən qorxduğum üçün və biabır olmamaqdan ötrü inkar etdim. Həmin adam məni övladının, arvadının gördüyünü və bizi üzləşdirmək istədiyini dedi. Mən də etiraz etmədim, onunla yaşadığı ünvanın qarşısına getdim”.
“Etdiyim əməldən peşmanam”
Salmanın ifadəsinə görə, evin qarşısında qadın və uşaq onu görən kimi “bax budur” deyiblər: “Onlara məni kiminləsə səhv saldıqlarını dedim. Aramızda mübahisə yarandı. Uşağın atası kamera göntülərinə baxmağı təkif etdi. Əlacsız qalıb onunla birlikdə getməyə razı oldum.
Kamera görüntülərində taksidən düşməyim görünsə də, buraya “Honda İnsayt” markalı avtomobillə gəlmədiyimi dedim, yalanlarıma həmin şəxsləri inandırmaq istədim.
Uşağın atası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdi. Polis əməkdaşları hadisə yerinə gəldilər, nə baş verdiyini soruşdular. Uşağın valideyinlərinin məni kiməsə bənzətdiklərini, səhv saldıqlarını söylədim. Yalandan buraya London taksisi ilə gəldiymi bildirdim. Sonra mobil telefonumda “Yango” taksi mobil tətbiqini sildim.
Polis idarəsində azyaşlı qıza qarşı seksual hərəkətlər etdiyimi etiraf elədim. Əməlimdən çox peşmanam. Bir daha azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməyəcəyimə söz verirəm”.
“Saqqalı kişi maşından düşdü”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Könülün sözlərinə görə, Ağsu rayonunda kənd orta məktəbin 5-ci sinfini bitirib: “17 iyun 2024-cü ildə yay tətili ilə əlaqədar Masazıra, dayımgilə gəldim. Dayım həyat yoldaşı, oğlu və qızı ilə qalır.
İyunun 22-də saat 19 radələrində dayım arvadı və qızı məhəllədə marketə getdi. Dayım oğlu isə küçəyə çıxdı. Evdə tək olduğum üçün mən də küçəyə çıxdım və dayım oğlu ilə oynamağa başladım. Bu vaxt avtomobil saxladı, bir saqqalı kişi maşından düşərək bizə tərəf gəldi. Mənə yaxınlaşaraq adımı soruşdu”.
Könülün ifadəsinə görə, həmin şəxs onun üzündən öpüb: “Əlimdən tutdu, dedi ki, gedək söhbət edək. Məni dayımgilin evindən təxminən 15 metr aralıda olan yarımçıq tikilinin yana gətirdi. Yerə çöməlib məni qucaqladı, əlləri ilə sinəmi sığalladı, üzümdən öpdü. Ona belə hərəkətləri istəmədiyimi dedim. O da dedi ki, məndən xoşu gəlir. Yenidən əlləri ilə sinəmi sığalladı, daşın üstündə oturdu.
Yaxınlıqda oynayan dayım oğlu qışqıraraq bibimin gəldiyini dedi. Mən bibimin yana getmək istəyəndə həmin kişi qolumdan tutub oturmağa məcbur elədi. Bibim bizi gördü, qışqıraraq yanına çağırdı. Kişinin kim olduğunu və onun yanında niyə oturduğumu soruşdu. Evə gələndən sonra bibimə həmin kişinin hərəkətlərini danışdım.
Bibim dayımı yuxudan oyatdı, birgə küçəyə çıxdılar”.
Zərərçəkmiş şəxsin ifadəsinə görə, bir az sonra dayısı küçədə həmin şəxsi tapıb, onunla üzləşdirib: “Məni öpən və əlləri ilə sinəmi sığallayan kişini tanıdım”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Hacı Salman 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.