AZ

Çin ABŞ-la danışıqlar aparmağa razılaşıb

Çin qlobal gözləntilərə və öz maraqlarına əsaslanaraq ABŞ-la danışıqlar aparmağa razılaşıb.

Bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb. Çin Dövlət Şurasının baş nazirinin müavini He Lifen mayın 9-dan 12-dək ölkəyə səfəri zamanı ABŞ-ın maliyyə naziri Skott Bessent ilə İsveçrədə danışıqlar aparacaq. Bessent çərşənbə axşamı axşam “Fox News”a bildirib ki, danışıqlar aparan iki komanda şənbə və bazar günləri Cenevrədə görüşəcək. Onun sözlərinə görə, yüksək tariflər “davamsız” olduğundan hər iki tərəfin danışıqlarda “ortaq marağı” var.

Xatərladaq ki, aprelin 10-da ABŞ bütün Çin mallarına rüsumları 125%-dən 145%-ə qaldırıb. Buna cavab olaraq Çin Amerika mallarına rüsumları 84%-dən 125%-ə qaldırıb. Çin digər ölkələri Trampın tariflərinə qarşı birgə mübarizə aparmağa çağırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
1
editor.az

2Mənbələr