AZ

"TotalEnergies" Aİ-nin Rusiya qazından imtina planını siyasi addım adlandırdı

BAKI, 7 may. TELEQRAF

Fransanın enerji şirkəti "TotalEnergies"-in nümayəndəsi Avropa İttifaqının (Aİ) 2027-ci ilin sonunadək Rusiyadan qaz idxalını dayandırılması yönündə planlarını siyasi uydurma kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat verib.

Məqalədə Ukraynada münaqişə başa çatdıqdan sonra şirkətin Rusiya ilə biznes fəaliyyətinə qayıda biləcəyinə işarə etdiyi qeyd olunub.

Nəşr qeyd edib ki, Macarıstan və Slovakiya Brüsselin planlarını sərt tənqid edirlər. Çünki dənizə çıxışın olmaması, eləcə də Mərkəzi və Şərqi Avropadakı boru kəmərləri ilə bağlı problemlər səbəbindən Macarıstan və Slovakiya üçün alternativ qaz mənbələri tapmaq çətin ola bilər.

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyası Aİ ölkələrinin 2027-ci ilin sonunadək Rusiyadan qaz və nüvə yanacağı idxalından imtina etməsini nəzərdə tutan planını dərc edib. Bu təşəbbüsün qüvvəyə minməsi üçün üzv dövlətlər tərəfindən təsdiqlənməsi tələb olunur.

Seçilən
0
teleqraf.com

1Mənbələr