Ermənistanın Eçmiədzin rayonunda 9 erməni polisi saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat verib və qeyd edilib ki, cinayət işi onların nəzarətindədir.
Polis idarəsinin əməkdaşları cinayəti gizlətməkdə və vəzifə saxtakarlığında ittiham olunurlar.
Digər təfərrüatlar istintaqın maraqları baxımından açıqlanmır.