Pul haqqında danışmaq hələ də cəmiyyətdə tabudur. Bir tərəfdən hamımız daha çox qazanmaq istəyirik, amma digər tərəfdən pul haqqında danışmaq “ayıb” sayılır. Maraqlısı odur ki, çoxumuz ömrümüz boyu pul qazanmağa çalışırıq, amma pulla münasibətimizi heç vaxt şübhə altına almırıq. Ola bilsin ki, bolluq və firavanlıq qapınızı döymür, amma onunla barışmaq üçün ilk addımı siz atmalısınız.
Pul dostdur yoxsa düşmən?
Pul sadəcə bir vasitədir. Lakin uşaqlıqdan pulla bağlı eşitdiyimiz mənfi inanclar – “Pul insanı korlayır”, “Sərvət ruhu çirkləndirir”, “Çox pul dinclik gətirmir” – enerjimizi şüursuz şəkildə bloklayır. Şüuraltı şüurumuzda formalaşan pulla bağlı bu mənfi kodlar bizimlə bolluq arasında görünməz bir divar qurur.
Əgər həyatımıza nəyisə cəlb etmək istəyiriksə, ilk növbədə onunla sevgi bağı qurmalıyıq. Pul da bundan istisna deyil.
Bolluq şüurunu necə inkişaf etdirmək olar?
Bolluq sadəcə cüzdanınızdakı rəqəm deyil. Bu özünüzə və həyata inamla, axın içində olma vəziyyətidir. Bunun üçün ilk addım; Pul haqqında nəyə inandığınızı yenidən nəzərdən keçirin və öznüzə bu sualları verin:
Həqiqətən pula layiq olduğunuza inanırsınız?
Pul sizin üçün nəyi təmsil edir?
Zəngin insanlara münasibətiniz necədir?
Bu suallara verəcəyiniz cavablar bolluqla aranızda olan maneələri üzə çıxaracaq.
Pulla barışmaq həyatla barışmaqdır
Pulla barışmaq həm də öz dəyərinizlə barışmaq deməkdir. Bolluğun fərqində olmaq dəyərli hiss etməklə başlayır. Özünüzə “Mən dəyərliyəm və bolluğa layiqəm” deməyə başlayanda, kainat sizinlə eyni tezlikdə cavab verməyə başlayır.
Unutmayın, bolluq ilk növbədə beyində başlayır. Pul sizi tanımır, ancaq onu təyin etdiyiniz kimi sizə yaxınlaşır. Eşqlə yaxınlaşanda o, sevgi ilə qapını döyəcək.