AZ

Mayın "vayına" kim oturur? -İlahiyyatçı bu inancın ermənilərdən keçdiyini dedi

May ayı girən kimi bu məşhur sual hamını narahat etməyə başlayır: may ayında toy olar, olmaz? Hətta bəzi ailələrdə gənclərlə yaşlı nəsil arasında ciddi mübahisələr də düşür. May ayını “uğursuz” hesab edən yaşlı nəsil bu ayda toy edilməsinin əleyhinədir. 
Qohum-əqrəbanın iradəsinə qalib gəlib mayda toy edən cütlüklər də toydan sonra oturub mistika gözləyirlər və həyatda qarşılaşdıqları hər hansı bir çətinliyi, uğursuzluğu bu ayda toy etməyin ayağına yazırlar. İnsanlarda bu psixologiya nədən formalaşıb? Həqiqətəndə may ayı uğursuz aydırmı?


Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan Sherg.az-a açıqlamasında deyib ki, may ayında toy etməmək inancı xurafatçılıqdır:

“Bunun heç bir əsası yoxdur və ermənilərdən keçib. Bu kimi deyimlərə inanmaq cəfəng və gülüncdür. Mən araşdırdım ki, belə inanclara sahib adamların psixologiyasında problem olur. Elə adamlar güzgü yerə düşüb sınanda bir həftə yata bilmirlər ki, hansısa bədbəxtlik baş verəcək. Bu cür adamlar mütləq psixoloqa müraciət etməlidirlər. May ayı əsl toy, nişan, şadlıq etməli aydır. Bu ayda bütün xalqlar şadlıq, toy edir. Onların hansı bədbəxt olub? Yaxud ermənilərdən başqa hansı millət may ayında toy etməyi uyğun görmür? Onlar da siyasi məqsədlə buna riayət edirlər. Guya qondarma soyqırımı onlara qarşı aprelin 24-də baş verib və 52 - ci gününə qədər əsas yas hissəsi maya düşür. Yəni, bu baxımdan həmin ayı bədbəxtlik ayı sayırlar. Bizim avam adamlar da əsasını, səbəbini bilmədən may ayı haqqında yanlış inanca sahibdirlər. Tanınmış məşhur dahilərin çoxu mayda evlənib və yaxud da doğulub. Azərbaycanın müstəqilliyi 1918-ci il may ayında elan edilib. Bu batil inancı mütləq aradan qaldırmaq lazımdır. Əksinə mayda toy edən gənclər haqda belə qara düşünərək onlara qara, mənfi enerji ötürürlər. Bədbəxt etsə onları mayda etdikləri toy yox, bu cür qara düşüncəli adamların nəfəsi bədbəxt edə bilər. Ümumiyyətlə dində heç bir matəm günü və ayı yoxdur. Hətta Peyğəmbərlərin vəfat etdiyi günlər belə matəm günü sayılmır. İstənilən gündə, ayda toy, şadlıq etmək olar. Heç bir qadağa və nəhs gün yoxdur”.
Seçilən
0
sherg.az

1Mənbələr