AZ

Şəki və Şəmkirdə yanğın oldu

BAKI, 7 may. TELEQRAF

Şəmkir rayonunun Dəllər Cəyir kəndində ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəki şəhərində ümumi sahəsi 288 m² (hər mərtəbəsi 144 m²) olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev və tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr