AZ

Musiqiçi BIÇAQLA müğənninin evinə hücum çəkdi: Onu vurdu - TƏFƏRRÜAT

Ağdaş rayonunda musiqiçilər arasında baş verən bıçaqlanmanın təfərrüatları məlum olub.

 

1965-ci il təvəllüdlü Ağdaş rayonu, Binələr kəndində yaşayan gitara ifaçısı Qurbanov Əhmədiyə Qurban oğlu əslən Kotavan kəndindən olub. O, həmkəndlisi olan müğənni, 1972-ci il təvəllüdlü Hüseynov Yusif Əsgər oğlunun musiqiçi dəstəsində olub və həmişə birlikdə toy məclislərinə gedirmişlər.

 

Yusif Hüseynov hadisədən bir gün əvvəl rayon ərazisində keçirilən toy məclisində olsa da, həmin toya Ə.Qurbanovu yox, başqa gitara ifaçısını aparıb. Bunu eşidən Ə.Qurbanov toy məclisi başa çatandan sonra spirtli içki qəbul edərək evindən bıçaq götürüb, Y.Hüseynovun evinə gəlib. O, müğənnini evindən çölə çağırıb və mübahisə edib. Mübahisə davaya çevrilib və Ə.Qurbanov müğənniyə iki bıçaq zərbəsi endirib. Y.Hüseynovun yerə yıxıldığını görən gitara ifaçısı hadisə yerindən qaçıb. Müğənni ailə üzvlərinin köməyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

 

Oxu.az

Tarix: 7 May 2025, 13:45   
Seçilən
0
2
pravda.az

3Mənbələr