AZ

ABŞ məhkəməsindən transgenderlər (LGBT) haqqında yeni qərar

ABŞ Ali Məhkəməsi mayın 6-da prezident Donald Tramp administrasiyasına transgenderlər (LGBT) hərbi xidmət keçməsini qadağan etməyə icazə verib.

Tramp əvvəllər transseksual hərbçilərin cinsi şəxsiyyətinin “əsgərin şəxsi həyatında dürüstlük, doğruluq və nizam-intizam öhdəliyinə uyğun gəlmir” və döyüş hazırlığına zərər verdiyini vurğulayan bir sərəncam imzalamışdı. Məhkəmənin saytında dərc olunan materialda qeyd olunur ki, şikayət olduqda yekun qərarı apellyasiya instansiyası məhkəməsi verəcək.

Transgenderlər 2016-cı ildə prezident Barak Obamanın dövründə Amerika ordusunda xidmət etmək hüququ əldə ediblər. 2024-cü ilin dekabrında Donald Tramp bildirib ki, onun administrasiyası dövründə hökumət yalnız iki cinsin: kişi və qadının tanınması ilə bağlı rəsmi siyasətə riayət edəcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr