AZ

ÇL-də tarixi rekord təkrarlandı

"İnter" və "Barselona"nın yarımfinal mübarizəsində Çempionlar Liqası tarixinin rekordu təkrarlanıb.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, komandalar bu nəticəni iki oyunda 13 qol vurmaqla (3:3, 4:3 ə.v.) reallaşdırıblar.

Daha öncə yalnız bir dəfə ÇL-in yarımfinalında iki oyuna bu sayda qol qeydə alınıb. 2017/2018 mövsümündə "Liverpul" ümumi hesabda "Roma"nı üstələyərək (5:2, 2:4) finala yüksəlib.

Xatırladaq ki, "İnter" finalda PSJ - "Arsenal" cütünün qalibi ilə üz-üzə gələcək.

Nihat 

Seçilən
0
fanat.az

1Mənbələr