Dünyaca məşhur olan sorğu şirkəti “Gallup” Ermənistanda sorğu keçirib.
Tribunainfo.az xəbər verir ki, sorğuda 1001 nəfər iştirak edib.
Telefon vasitəsi ilə keçirilən sorğuda əsas sual Azərbaycan-Ermənistan sülh danışıqları və cəmiyyətin bununla bağlı mövqeyinin necə olacağından ibarət olub.
“Gallup”un sorğularının nəticəsinə görə, iştirak edən respondentlərin 86 faizi Azərbaycanla sülh müqaviləsi layihəsini imzalamazdan əvvəl onunla tanış olmalı olduqlarını bildiriblər. 73 faiz bunun “vacib” olduğunu, 13 faiz isə “çox vacib olduğunu” qeyd edib. 5 faiz sülh sazişi ilə maraqlanmadığını vurğulayıb. 9 faiz isə bunun əleyhinə olduğunu bildirib.
Fərda Uğur