16 Azərbaycanın U-16 millisinin təlim-məşq toplanışında "Sabah" klubundan futbolçuların çağırılmamasının səbəbi bəlli olub.
"Millinin baş məşqçisi Aqil Nəbiyev bu dəfə seleksiya xarakterli toplanış keçirir".
Bunu məsələ ilə bağlı Operativ Media-ya açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli deyib.
"Millinin baş məşqçisi Aqil Nəbiyev bu dəfə seleksiya xarakterli toplanış keçirir. Və daha çox vaxtilə milliyə az çağrılan futbolçuları, tanınmayanları dəvət edib. "Sabah"ın oyunçuları 17 yaşadək milli komandamıza dəvət olunublar və Aqil Nəbiyev onların potensialına yaxşı bələddir. Ona görə də bu dəfəki toplanışda həmin oyunçulara dəvət göndərməyib".
Qeyd edək ki, U-16 millisinin təlim-məşq toplanışı mayın11-dək davam edəcək.